Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

COVİD-ə yoluxmuş gənclərdə çox ağır gedişat görürük, hətta itkilərimiz var - TƏBİB

01 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva uşaqlar arasında COVID-19-a yoluxma sayının artması, uşaqlar üçün çarpayılar ayrılması məsələsinə aydınlıq gətirib.

Press.az APA-ya istinadən xəbər verir ki, COVID-19-un “Britaniya ştammı”nın yayılma sürəti yüksək olduğu üçün daha çox insanın bu virusa yoluxmasına səbəb olur:

“Yoluxmalar arasında isə gözəçarpan qədər gənclər və uşaqlar ola bilər. Bu, ştammın xəstəlik törətmə deyil, yoluxdurma qabiliyyətindən ortaya gələn problemlərdir. Pandemiya başlayanda daha çox yaşlılarımız risk altında idi. 1 il ərzində isə məlum oldu ki, bu, sadəcə, yaşlılar arasında fəsadlar törətmir. Artıq orta yaşlılar və gənclər arasında çox ağır, fəsadlaşmış gedişat görürük, hətta itkilərimiz də var”.

Y.Qarayeva qeyd edib ki, rəqəmlərin artması statistik göstəricidir: “Bunların klinik gedişatla əlaqəsini göstərmək üçün mütləq araşdırma aparılmalıdır. Normal haldır ki, yoluxanların sayı artırsa, ağırlaşmaların və ölənlərin də sayı artır. Bunlar bir-biri ilə əlaqəli olaraq artan rəqəmlərdir”.

Oxşar xəbərlər
OTACI