Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qarabağda lüks hotellər tikiləcək - VİDEO

01 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri də davam edir. Füsunkar təbiətə malik torpaqlarımız yüksək turizm potensialına malikdir. Bu yöndə də artıq işlərə start verilib. Bölgədə müxtəlif kateqoriyalı və lüks hotellərin tikintisi gündəmdədir.

Press.az xəbər verir ki, Qarabağda müxtəlif kateqoriyalı hotellərin tikintisi gündəmdədir.

Hazırkı mərhələdə bölgənin turizm potensialı üzərində intensiv iş gedir. Eləcə də müxtəlif layihələr və təkliflər formalaşdırılır. Bunu açıqlamasında Azərbaycan Hotel Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam deyib.

Günay Sağlam bildirdi ki, bu istiqamətdə əsas hədəflərdən biri görülən işlərə xarici investorların da cəlb edilməsidir.

Günay Sağlam əlavə etdi ki, eyni zamanda Qarabağda turistlərin rahatlığı və məmnunluğu üçün kompleks sistemli yanaşma tətbiq olunaraq müxtəlif növ turizm məhsullarının yaradılması da önəmlidir.

 

Oxşar xəbərlər
OTACI