logo
First slide

"Turan Tovuz" liderliyə yüksəldi

01 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan 1-ci divizionunda 19-cu tura start verilib.

Press.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında “Turan Tovuz" “Qarabağ-2"yə qalib gəlib. Bununla da "Turan Tovuz" turnir cədvəlində vahid lider olub.

Günün digər görüşündə isə “Qaradağ Lökbatan”  “Keşlə-2"yə uduzub.

1-ci divizion, 19-cu tur

1 aprel

15:00. "Turan Tovuz" – "Qarabağ-2" - 2:1

Qollar: Vidadi Cəfərov, 18; 64 - Sultan Mustafayev, 59.

Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Zöhrab Abbasov, Rövşən Rəcəbov.

Tovuz şəhər stadionu

15:00. "Qaradağ Lökbatan" – "Keşlə-2" - 0:1

Qol: Emin Quliyev, 48.

Hakimlər: Rəşad Əhmədov, Elman Kərimov, Tərlan Talıbzadə, Vüqar Həsənli.

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

Oxşar xəbərlər
OTACI
OTACI