logo
First slide

Milli Qəhrəman Şükür Həmidovun anım mərasimi keçirilib

01 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Aprelin 1-də Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun iştirakı ilə Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum gününə həsr olunmuş anım mərasimi keçirilib.

Bu barədə Press.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Mərasim iştirakçıları Milli Qəhrəmanın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyub.

Əvvəlcə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində qəhrəmanımızın şərəfli həyat yolundan, vətənpərvər zabit kimi Vətənə xidmətindən, xüsusilə də Aprel döyüşləri və Vətən müharibəsi zamanı göstərdiyi şücaət və qəhrəmanlıqdan danışılıb.

Ş.Həmidovun qəhrəmanlığının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi, təltif edildiyi orden və medallara layiq olduğu xüsusi vurğulanıb.

Qeyd edək ki, Şükür Nəriman oğlu Həmidov 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində anadan olub.

Polkovnik Ş.Həmidov Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun Komandir müavini olub.

O, Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" strateji nöqtəsinin alınması zamanı fərqlənib, buna görə də Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ş.Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Ş.Həmidov Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Zəfər" ordeni, "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Oxşar xəbərlər
OTACI
OTACI