Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sumqayıt Dövlət Dram Teatrı 2021-ci il aprel ayı üçün virtual repertuarını təqdim edib

01 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sumqayıt Dövlət Dram Teatrı izləyici kütləsini nəzərə alaraq pandemiya dövründə fəaliyyətini qismən- onlayn davam etdirməkdədir.

Teatrdan Press.az-a bildirilib ki, maarifləndirici, vətənpərvərlik və bir sıra tanıdıcı çarxlar, onlayn tamaşalar mütəmadi teatrsevərlərə təqdim olunur.

Bu dönəmdə karantin qaydalarına riayət olunaraq rəhbərliklə işçi heyətin videokonfransları keçirildi, bir sıra tapşırıqlar verildi. Məşqləri tamamlanmamış tamaşaların virtual şəkildə  hazırlanaraq onlayn premyeraları planlaşdırıldı.

Hər ay müxtəlif janrlı tamaşalarla teatrsevərlərin görüşünə gələn Sumqayıt Dövlət Dram Teatrı  aprel ayı üçün virtual repertuarını diqqətinizə təqdim edir.

Cari ayda nümayiş olunacaq səhnə əsərləri arasında Y.Əzimzadə “Nəsrəddin”, R.Kiplinq “Öz xoşuna yaşayan pişik”, K.Həsənov "Sehirli yaylıq”, "Ələddinin sehrli çırağı”,  “Məlikməmməd”, “Əlibaba və qırx quldur”,  A.Şaiq “Qaraca qız”,  V.Qauf “Balacaboy yekəburun” uşaq tamaşaları və M.Süleymanlı “Dəyirman”, T.Özakman “Ocaq”,  C.Patrik “Qocanı öldürməliyik”, Ə.Əmirli “20 ildən sonra”, “Sevgilim Sumqayıt”, M.Atəş “Şərəfin sandığı”, Y.Onil “Qarağaclar altında məhəbbət”, mərhum rejissor Rövşən Almuradlının xatirəsinə ithafən M.B.Marinye “Oğru” böyük tamaşaları yer alır.

Gündüz tamaşaları saat 12:00, axşam tamaşaları isə 18:00-da teatrın facebook səhifəsində göstəriləcək.

Oxşar xəbərlər
OTACI