Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sürüşmənin qarşısını almaq üçün görülən işlər AÇIQLANIB

01 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Badamdar sürüşmə sahəsində birinci mərhələ üzrə işlər keçən ilin oktyabr ayından başlayıb. Burda eni 3.5 metr, dərinliyi 30 metr olan üç ədəd quyu tam qazılıb və başa çatdırılıb”. 

Press.Az-ın məlunatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin “Azərinşaat” layihə institutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev bildirib. 

Onun sözlərinə görə, quyuların bütün konstruksiya və avadanlıqları Yaponiyadan gətirilib: “Bütün quyuların aşağı hissəsində layihə əsasında iki səviyyədən ibarət olmaqla ümumilikdə 63 ədəd uzunluqları 50 metr və diametri 40 mm olan üfüqi drenaj boruları quraşdırılmalıdır. Sonda bu quyular dib səviyyəsində bir-biri ilə birləşməli və yığılmış sular ən aşağı quyu olan 1-ci quyunun dib səviyyəsindən öz axımı ilə kənarlaşdırılır. Hazırda 1-ci və 2-ci quyularda uzunluğu 50 metr olan drenaj boruları və yığılmış suyu sahədən kənarlaşdırmaq üçün diametri 100 mm olan 132 metr uzunluqda yeraltı boru inşa edilib”. 

O bildirib ki, ikinci mərhələ üzrə yamacın üst hissəsində birinci terrasın ankerlərlə birlikdə inşası başa çatdırılıb: “Növbəti terraslarda işlər drenaj quyularındakı işlər tam başa çatdırıldıqdan sonra davam etdiriləcək. Üçüncü mərhələdəki işlərə yalnız 1-ci və 2-ci mərhələdəki işlər qurtardıqdan sonra başlanılması nəzərdə tutulub”.

Oxşar xəbərlər
OTACI