Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Taksi sürücülərinin qiymətləri artırıb-azaltması qanunazidd sayılmır - DANX

01 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Taksi sürücülərinin mövsümə və dəyişən tələb-təklifə uyğun şəkildə qiymətləri artırıb- azaltması qanunazidd əməl sayılmır.

Press.az-ın məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Ximdətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

O qeyd edib ki, qanunvericilikdə taksilərlə bağlı hər hansı vahid tarif standartı mövcud deyil:

"Bu, xidmət bazarına uyğun şəkildə fərdi və ya hüquqi şəxsin özü tərəfindən tənzimlənir. Ancaq Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq mütəmadi şəkildə taksi sürücülərinə şifahi xəbərdarlıq edirik və tətbiq ediləcək qiymətlərin istehlakçının ödəmə qabiliyyətinə uyğun olmasını nəzərə almalarını tövsiyə edirik".

Oxşar xəbərlər
OTACI