Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İçməli su azalır - Alimdən əhaliyə XƏBƏRDARLIQ

01 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda suya olan tələbatın ödənilməsi üçün suya qənaət sistemi yenidən işlənib hazırlanmalıdır.

Press.az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsini müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov deyib.

Azərbaycanın su ehtiyatlarının ölkənin indiki tələbatını ödəyə bilmədiyini vurğulayan mütəxəssis çıxış yolunu çaylar üzərində kiçik su anbarlarının tikilməsində, daxili su ehtiyatlarından səmərəli istifadədə və suya qənaət sisteminin yenidən işlənib hazırlanmasında görür.

Su qıtlığının və insanların suya olan tələbatının artmasının başlıca səbəbini dünyada gedən qlobal iqlim dəyişmələri ilə əlaqələndirən alim bu prosesin son 10-15 il ərzində davam etdiyini diqqətə çatdırıb.

O bildirib ki, Kür çayı hövzəsində Gürcüstan, Ermənistan və İran Kür və Araza tökülən çaylardan intensiv surətdə istifadə edir.

Həmin ərazilərdə su anbarları tikilir, suvarılan sahələr genişləndirilir ki, bu da nəticədə Kür və Araza tökülən suların azalmasına səbəb olur.

Oxşar xəbərlər
OTACI