Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tərtərə gəlin köçən 17 yaşlı qızın toyu polis müdaxiləsilə dayandırıldı

31 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıdan Tərtər rayonuna gəlin köçən 17 yaşlı qızın toy mərasimi polis müdaxiləsi ilə dayandırılıb.

Ailə qurmaq üçün rayona aparılan qız barədə polisə daxil olan məlumat üzrə keçirilən təxirəsalınmaz tədbirlərlə toy mərasiminin qarşısı alınaraq qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Bakıdan rayona ezam olunan polis əməkdaşları rayondakı həmkarları ilə birgə mərasimi təşkil edən qızın ailə üzvlərini və qohumlarının dairəsini müəyyən edərək onları məsuliyyətə cəlb ediblər.

Qızın təhlükəsizliyi təmin olunmaqla hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

Məlumatı DİN Mətbuat xidmətindən "Report"a təsdiqləyiblər.

Oxşar xəbərlər
OTACI