Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həkim koronavirusdan sağalanlarda yaranan əsas fəsadları açıqladı - VİDEO

31 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirusa yoluxub sağalanlarda bəzən saç tökülməsi, baş ağrısı, dırnaq qırılması, dəri quruluğu, uzun müddət davam edən ishal və yaxud qəbizlik yaranır. 

Bunu “ARB Xəbər"ə açıqlamasında həkim Cahan Cavadova deyib. 

O bildirib ki, bu simptomlar altı həftəyə qədər davam edə bilər: 

“Yoluxma zamanı selikli qişa zədələndiyi üçün iyi və dadbilmənin bərpası isə 6 həftədən yuxarı çəkə bilər. Ümumilikdə isə koronavirusun yaratdığı fəsadları normal həyat tərzi və sağlam qidalanma ilə korreksiya etmək mümkündür”. 

C.Cavadova onu da qeyd edib ki, fəsadlar daha çox xəstəliyi ağır keçirənlər və ya müalicə müddətində həkim məsləhəti olmadan dərman qəbul edənlərdə müşahidə olunur.  

 

Oxşar xəbərlər
OTACI