Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İki gün öncə atasını itirən əməkdar artistin anası da vəfat etdi - YENİLƏNİB + VİDEO

09 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əməkdar artist Səlim Abbasovun anası Laləgül xanım dünyasını dəyişib.

Bu haqda musiqiçi Axşam.az-a açıqlamasında deyib. O bildirib ki, anası şəkərli diabetdən əziyyət çəkirmiş:

"Nə anama, nə atama kömək edə bildim. Atam öləndə xaricdə idim. Bu həyatda onlar üçün yaşayırdım. Bu dərdi çəkə bilmərəm. Mənim üçün artıq hər şey bitdi".

Qeyd edək ki, Səlimin atası üç gün əvvəl koronovirus infeksiyasından dünyasını dəyişib. Anası isə dünən Zığda yerləşən koronavirus əleyhinə modul tipli xəstəxanaya yerləşdirilmişdi.

11:59

Üç gün əvvəl koronavirus səbəbindən atasını itirən Əməkdar artist, skripkaçı Səlim Abbasov şəxsi “Instagram” hesabında Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. 

O, anasının səhhətinin ağır olduğunu və kömək istədiyini bildirib.

S.Abbasovun sözlərinə görə, atasının ölüm xəbərini eşitdikdən sonra anasının səhhəti pisləşib:

“Onu təcili tibbi yardımla Mərkəzi Gömrük Hospitalına apardıq. Orada anamı qəbul etmədilər. Sonra Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanasına çatdırdıq. İndi yaşamaq uğrunda mübarizə aparır. Xahiş edirəm ki, anama kömək edin”.

Oxşar xəbərlər
OTACI