Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sahibə Qafarova hərbçilərin maaşlarının artmasından danışdı

09 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ölkəmizdə ordu quruculuğu ölkə rəhbrəliyinin daim diqqət mərkəzindədir. Şanlı Ordumuzun nailliyyətləri Milli Məclisin iclasında da yüksək qiymətləndirilib”.

Press.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, hərbi qulluqçuların təminatının yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir:

“Bu yaxınlarda hərbi qulluqçuların maaşlarına müddətli əlavələr edilib. Bu qərar zaman tələb edən bir prosesin nəticəsində qəbul olunub. Onların problemlərinin həlli bundan sonra da dövlətimizin diqqətində olacaq”.

Oxşar xəbərlər
OTACI