Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Astarada atasına məxsus avtomobillə avtoxuliqanlıq edən şəxs həbs olundu

09 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Astarada atasına məxsus avtomobillə avtoxuliqanlıq edən şəxs həbs olunub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

Belə ki, Astara sakini İ.Tofiqzadə sürücülük hüququ olmadan atasına məxsus "VAZ-2107" markalı avtomobillə rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan İ.Tofiqzadə barəsində toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib. Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətində inzibati qaydada həbs olunub.

Oxşar xəbərlər
OTACI