Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Millimizin Qətərlə oyununun yeri dəyişdirildi

09 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Millimizin DÇ-2022-nin seçmə mərhələsində Qətərlə səfər matçının yeri dəyişdirilib.

Press.az xəbər verir ki, bu barədə Qətər Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Görüş əvvəlcədən açıqlandığı kimi, Avstriyanın paytaxtı Vyanada keçirilməyəcək.

Koronavirus pandemiyasına görə yaranan səyahət məhdudiyyətləri səbəbindən qarşılaşmanın Macarıstanın Debretsen şəhərindəki "Nedyerdeyi" stadionunda oynanılmasına qərar verib.

Mundialın meydan sahibləri Lüksemburq və İrlandiyanı da bu arenada qəbul edəcək.

Qeyd edək ki, martın 27-də keçiriləcək Qətər - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI