Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda ölən yaxınlarını öz həyətlərində dəfn edənlər - VİDEO

08 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu kəndə girərkən qəribə mənzərə ilə rastlaşırsan. Kəndin girişindən çıxışına kimi, demək olar ki, bütün məhəllələrin, yolların kənarlarında ayrı-ayrı hasara alınmış çoxlu sayda qəbirstanlıqlar var. 

Söhbət Qubanın Zərqova kəndindən gedir. 

Bu kənddə hər kəs vəfat etmiş yaxınını öz həyətyanı sahəsində dəfn edir. 

Sakinlər bildirir ki, bu ənənənin tarixi 13-cü əsrdən başlayır. Həmin dövrlərdə kənddə müxtəlif tayfalar məskunlaşıb. 20-yə qədər tayfanın məskunlaşdığı kənddə hər nəslin öz qəbirstanlığı olub. 

Baku TV-nin həmin kənddən hazırlanmış reportajını təqdim edirik: 

Oxşar xəbərlər
OTACI