Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhidimizin anası və həyat yoldaşı 8 Martda yad edildi - VİDEO

08 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

8 Mart – Beynəlxalq Qadınlar Günü şəhid anaları da diqqətdən kənar qoyulmayıb.

Baku TV şəhidlərimizdən mayor, hərbi pilot Abbas Qasımovun ailəsinin yaşadığı evə baş çəkib.

Şəhidimizin anası Kifayət Qasımova və həyat yoldaşı Siddiqə Qasımova hər il onları 8 martda Abbasın təbrik etdiyini bildiriblər.

Qeyd edək ki, iki oğul sahibi olan Abbas Qasımov sentyabrın 27-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub və Yasamal rayonunda yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.

Oxşar xəbərlər
OTACI