Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda müəllimlərin 83 faizini qadınlar təşkil edir

08 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində qadınlar aparıcı mövqeyə sahibdirlər. Təhsil prosesinin də mərkəzində qadınlar dayanır.

Press.az xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində paylaşıb. 

O qeyd edib ki, Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir: "Əminliklə deyə bilərik ki, fədakar ruhlu xanımlarımız hər bir Vətən övladının yetişməsində həm ana, həm müəllim kimi 2 qat təsirə malikdirlər. Onlar 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdırlar. 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi, işlərində uğurlar arzulayıram".

Oxşar xəbərlər
OTACI