Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vətən müharibəsi şəhidi torpağa tapşırılıb - YENİLƏNİB

08 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vətən müharibəsi şəhidi əsgər Balakişiyev Zamin Dadaş oğlu torpağa tapşırılıb.

Sabirabad rayonunun Qaralar kəndində dəfn edilib.

Dəfn mərasimində şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak edib.

13:04

Vətən müharibəsi zamanı yaralanaraq 5 ay komada qalan şəhid əsgərin nəşi dəfn edilmək üçün Sabirabad rayonuna gətirilib.

Əsgər Balakişiyev Zamin Dadaş oğlu dünən müalicə olunduğu hospitalda vəfat edib.

Şəhid əsgər vida mərasimindən sonra doğulduğu rayonun Qaralar kəndində dəfn ediləcək.

Şəhidimiz nişanlı idi.

Qeyd edək ki, Zamin Balakişiyev 2001-ci ildə Sabirabad rayonunun Qaralar kəndində anadan olub.

Ali Baş Komandanın sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Report

Oxşar xəbərlər
OTACI