Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İsrail səfirliyindəki partlayışı kimlər törədib?

08 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsrailin Yeni-Dehlidəki səfirliyində yanvar ayında törədilən partlayışın arxasında İslam İnqilabı Keşikçiləri Korpusu dayanır.

Press.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri yazıb.

Qeyd edilib ki, Hindistanda terrorla mübarizə qurumları tərəfindən aparılan araşdırma zamanı bu nəticə əldə olunub. Mütəxəssislər İranın terror hücumu planlaşdırdığını və bunu yerli şiə birliyinin nümayəndələrinin həyata keçirdiyini iddia edib.

"Bombanın az gücə sahib olması insan tələfatının planlaşdırılmaması və yəqin ki, iranlıların dost bir ölkə - Hindistanla münasibətləri korlamaq istəməməsi ilə əlaqəli idi", - nəşr terrorla mübarizə sahəsində hindistanlı ekspertin sözlərindən sitat gətirib.

Qəzetin yazdığına görə, hadisə yerində İsrailin Hindistandakı səfirinə ünvanlanan məktub tapılıb. Orada mesajın müəllifi diplomatı terrorçu adlandırır. Ekspertiza məktubun bir iranlı tərəfindən yazıldığını təsdiqləyib.

Xatırladaq ki, İsrailin diplomatik nümayəndəliyində partlayış 29 yanvar tarixində Yeni Dehlinin mərkəzində baş verib. Hadisə zamanı zərərçəkən olmayıb.

Oxşar xəbərlər
OTACI