Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tərtərdə oğurluq edən şəxslər saxlanılıb

06 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq əməlləri törətmiş şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, fevral və mart aylarında Tərtər rayonu ərazisində avtomobillərdən oğurluq edilməsi barədə RPŞ-yə məlumatlar daxil olub.

Həmin məlumatlar əsasında polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 avtomobildən oğurluq etməkdə şübhəli bilinən rayon sakini Ruslan Bayramlı saxlanılıb. Araşdırmalarla onun avtomobillərdən oğurluq edərək vətəndaşlara 300 manatdan artıq ziyan vurduğu müəyyən edilib.

Bundan əlavə keçirilmiş digər əməliyyat tədbirləri ilə daha bir oğurluq əməli törətməkdə şübhəli bilinən şəxs də saxlanılıb. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə axtarışda olan Tərtər rayon sakini İsmayıl Məmmədli tutularaq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər
OTACI