Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Biləsuvarda avtomobildən külli miqdarda heroin aşkarlandı

06 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Biləsuvarda avtomobildən külli miqdarda heroin aşkarlandı

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhəri Qaradağ rayonunun sakinləri A.Nəsirov və A.Feyzullayev sonuncunun idarə etdiyi “Chevrolet” markalı avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə keçirilən baxış zamanı həmin avtomobildən 3 kiloqram 230 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır

Oxşar xəbərlər
OTACI