Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azad olunan ərazilərdə xidmət edən sərhədçilərin peyvəndlənməsinə başlanılıb

06 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İşğaldan azad olunan ərazilərdə ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının vaksinasiyasına start verilib.

Press.az-ın xəbərinə görə, ilk gündə 100 sərhədçinin koronavirus infeksiyası əleyhinə peyvənd olunmaları təşkil edilib.

Vaksinasiya Qubadlı rayonu ərazisində yeni fəaliyyətə başlayan DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzində aparılıb.

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya strategiyasına əsasən bu günədək Dövlət Sərhəd Xidmətinin 2 000-dən çox hərbi qulluqçusu aşılanıb.

Oxşar xəbərlər
OTACI