logo
First slide

Bakıda soyğunçuluq edən şəxs saxlanılıb

05 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən vətəndaş Elxan Ağagülov saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Press.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxs hadisə zamanı Nizami rayonu ərazisində bir nəfərə yaxınlaşaraq əvvəlcə ondan danışmaq üçün mobil telefonunu istəyib.

E.Ağagülov mobil telefonu qaytaran zaman zərərçəkənin içərisində 550 manat olan pul kisəsini götürərək hadisə yerindən qaçıb. Faktla bağlı 25-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisədən sonra E.Ağagülovun həmin ərazidən yayınması və yaxınlıqdakı marketə daxil olması müşahidə kameralar vasitəsi ilə lentə alınıb.

E.Ağagülov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermə bilərlər.

Oxşar xəbərlər
OTACI
OTACI