Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə hərbi helikopter qəzası nəticəsində həlak olanların sayı artıb - YENİLƏNİB

04 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sayı 11 nəfərə yüksəlib.

Press.az-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, qəza zamanı ağır xəsarət almış daha bir əsgər dünyasını dəyişib. Qəza zamanı daha 2 hərbçi yaralanıb.

Həlak olanlar arasında Türkiyə ordusunun səkkizinci korpusunun komandiri general Osman Erbaş da var.

Hadisə Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirən zaman baş verib.

Daha əvvəl bildirilirdi ki, qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 10 hərbçisi həlak olub, 3-ü yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

21:40

Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sayı 10 nəfərə yüksəlib.

Press.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, qəza zamanı ağır xəsarət almış daha bir əsgər dünyasını dəyişib. Qəza zamanı daha 3 hərbçi yaralanıb.

Həlak olanlar arasında Türkiyə ordusunun səkkizinci korpusunun komandiri general Osman Erbaş da var.

Hadisə Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirən zaman baş verib.

Daha əvvəl bildirilirdi ki, qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi həlak olub, 4-ü yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

19:55

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

Press.az xəbər verir ki, bu Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi həlak olub, 4-ü yaralanıb.

Bildirilib ki, Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirirmiş.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI