logo
First slide

AFFA "Neftçi" və "Sumqayıt"ı cərimələdi

04 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Press.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 18-ci turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar verilib:

“Neftçi” – “Sabah” oyununda işıqlandırma səbəbindən fasilələr yarandığına görə meydan sahibi klub 4000 manat cərimə olunub.

 “Sumqayıt” – “Zirə” oyununda Əsasnamənin 9-cu bəndi (oyundan öncə, oyun vaxtı, oyundan sonra hakimlər briqadasının təhlükəsizliyini təmin etmək) pozulduğuna görə meydan sahibi klub 800 manat cərimə olunub.

Oxşar xəbərlər
OTACI
OTACI