Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİN-dən “Park İnn” hotelində karantin qaydalarının pozulması xəbəri ilə bağlı AÇIQLAMA

04 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sosial şəbəkələrdə paytaxtın Səbail rayonunda yerləşən otellərdən birində xüsusi karantin rejiminin pozulması ilə bağlı yayılan görüntülər arşadırılıb.

DİN Mətbuat Xidmətindən Press.az-a verilən məlumata görə, tədbirin keçirildiyi gün polis əməkdaşları həmin ünvana yaxınlaşaraq orada keçirilən tədbirin konfrans xarakterli olması və sosial məsafə ilə bağlı tələblərə əməl edilməsi müəyyən edilib:

"Konfrans pandemiya şəraitində qanunla nəzərdə tutulan normalar çərçivəsində təşkil olunub, yalnız səhnədə çıxış edən şəxslər tibbi maskadan istifadə etməyiblər".

17:21

Azərbaycanda hoteldə karantin qaydaları pozulub.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, “Park İnn” hotelinin “Dan ulduzu” zalında mükafatlandırma mərasimi keçirilib. Mərasimdə 50 nəfərdən artıq şəxs iştirak edib. Hətta ara məsafə belə gözlənilməyib.

Videogörüntülərdən də göründüyü kimi, mükafatlandırma mərasimində karantin qaydaları pozulub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejimində ölkə ərazisində insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.

Oxşar xəbərlər
OTACI