logo
First slide

İsmayıllıda karantini pozan çay evi aşkarlandı, icarədarı və müştəriləri cərimələndi

04 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlayıb.

Bu barədə Press.az-a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, İsmayıllı şəhərinin Nizami küçəsində yerləşən, Ceyhun Salehlinin icarə əsasında işlətdiyi “Tac” çay evinin 00:00-dan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

İcarədar C.Salehli və orada olan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilib.

Oxşar xəbərlər
OTACI
OTACI