logo
First slide

"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Nar bağı” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirilib

04 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən "İçərişəhər" Muzey Mərkəzinin və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə 3 mart 2021-ci il tarixində "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Nar bağı” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirilimişdir.

Press.az-ın məlumatına görə, layihə çərçivəsində baş tutacaq tədbirdə "İçərişəhər" DTMQİ-nin əməkdaşlarının və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının Fəxri Üzvlərinin iştirakı ilə seçilmiş müvafiq ərazilərdə 50-yə yaxın nar ağacı əkilmiş və iştirakçılar "Qala" DTEQ ərazisində yerləşən tarixi abidələrlə də tanış olmuşdurlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamı ilə, 2021-ci il dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə “Nizami Gəncəvi İli” elan edilmişdir. Həyat və sevginin ilahi simvolu sayılan nar təsviri Nizami Gəncəvinin yaradıcılığında , poema və miniatürlərdə daha çox tərənnüm edilmişdir. Sözügedən sosial məsuliyyət layihəsi məhz bu çərçivədə təşkil edilən müxtəlif silsilə tədbirlərin bir parçasıdır.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan xalqının mədəni həyatında, qədim adət-ənənələrində, kənd təsərrüfatında xüsusi yer tutan nar mədəni irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsidir.

Oxşar xəbərlər
OTACI
OTACI