Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Özünüməşğulluğun təşkilində Həmkarlar İttifaqları Konfederasiyası ilə də əməkdaşlıq ediləcək

04 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Press.az xəbər verir ki, memoranduma əsasən özünüməşğulluq proqramına cəlb olunmaq məqsədi ilə müraciət edən həssas əhali qrupları (əlilliyi olan şəxslər, aztəminatlı ailələr və b.) barədə məlumatlar Nazirlik tərəfindən AHİK-ə təqdim olunacaq. Konfederasiya Proqramın icrasında, iştirakçıların aktivlərlə təminatında iştirak edəcək.

İşsiz və işaxtaran kimi qeydiyyatda olan şəxslər arasından proqrama cəlb edilmələri üçün həssas əhali qruplarının seçilməsi, proqram çərçivəsində xidmət və istehsalat sahələrinə üstünlük verilməsinin təşviqi, biznes planların hazırlanmasına dair təlimlərin təşkili, biznes planların icrasının monitorinqi və s. sahələrdə əməkdaşlıq həyata keçiriləcək.

Proqramda iştirak üçün AHİK tərəfindən 200 min manat vəsait ayrılıb.

Proqram üzrə ümumi əlaqələndirmənin həyata keçirilməsi üçün Nazirliyin, AHİK-in, Dövlət Məşğulluq Agentliyinin (DMA) nümayəndələrindən ibarət əlaqələndirmə qrupu da yaradılacaq.

Hazırda ölkəmizdə uğurla həyata keçirilən özünüməşğulluq proqramının icrasına və genişlənməsinə dəstək verənlər sırasında Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, yerli banklar da var. Bu məqsədlə eyni zamanda, Dünya Bankı ilə birgə “Məşğulluğa Dəstək Layihəsi” icra olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə layihəsi çərçivəsində isə 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq fəaliyyəti müstəvisində biznes qurmalarına dəstək verilməsi işləri aparılır.

Oxşar xəbərlər
OTACI