Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Magistr olmaq istəyənlərin yarıdan çoxu bu fənndən 8 baldan aşağı nəticə göstərib

04 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 28-də keçirilən qəbul imtahanında informatika fənni üzrə nəticələr o qədər də yaxşı deyil.

Press.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, bakalavrların yarıdan çoxu 8 baldan aşağı nəticə göstərib (median 7.64-ə bərabər olub), cəmi 1 nəfər bütün suallara düzgün cavab verib.

Xarici dil fənni üzrə dillərdən asılı olaraq müxtəlif mənzərələrin şahidi oluruq. Bakalavrların ingilis və rus dilləri üzrə nəticələri qənaətbəxş, fransız və alman dilləri üzrə nəticələri isə zəif olub. Belə ki, imtahan iştirakçılarının yarıdan çoxu ingilis dili fənni üzrə ən azı 11 (median 11.70-ə bərabər olub), rus dili fənni üzrə ən azı 12 bal (median 12.69-a bərabər olub) toplayıb. Fransız dili və alman dili fənləri üzrə isə bakalavrların yarıdan çoxu müvafiq olaraq, 8 baldan (median 7.86-ya bərabər olub) və 9 baldan (median 8.50-yə bərabər olub) aşağı nəticə göstərib.

Oxşar xəbərlər
OTACI