Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Başqa dövlətin vətəndaşlığını qəbul edən şəxslərin NƏZƏRİNƏ

04 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Başqa bir dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər bu barədə rəsmi qurumlara məlumat verməlidirlər. 

Bu barədə Dövlət Miqrasiya Xidmətinin Mətbuat xidmətinin rəisi Elnur Kələntərov məlumat verib.

Onun sözlərinə görə, məlumatlar mütləq qaydada bir ay müddətinə aidiyyəti orqanlara bildirilməlidir:

“Unutmaq olmaz ki, bu şəxslər başqa dövlətin vətəndaşlığını qəbul etdikləri barədə 1 ay müddətinə Dövlət Miqrasiya Xidmətinə və ya həmin ölkədə fəaliyyət göstərən Azərbaycan Respublikasının Səfirliyinə və Konsulluğuna yazılı surətdə müraciət etməlidirlər. Bununla bağlı rəsmi müraciət forması Dövlət Miqrasiya Xidmətinin saytında yerləşdirilib. Həmin ərizə formasını doldurduqdan sonra göndərmək kifayət edir”.

E.Kələntərov uzun müddət əvvəl başqa dövlətin vətəndaşlığını qəbul edən şəxslərlə bağlı məsələyə də münasibət bildirib:

“Əgər başqa dövlətin vətəndaşlığını qəbul etmisiniz və məlumat vermək üçün gecikmisinizsə, narahat olmayın. Məlumat vermək üçün gec deyil”. 

“İkili vətəndaşlığı olan şəxslər Azərbaycan Respublikası tərəfindən yalnız Azərbaycan vətəndaşı kimi qəbul olunurlar”, - deyə o qeyd edib.

Oxşar xəbərlər
OTACI