Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistan üçtərəfli bəyanatı pozur - Türkiyəli general

04 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan 10 noyabr bəyanatını pozur və öz hərəkətləri ilə bunu açıq-aşkar nümayiş etdirir.

Türkiyə Ordusunun ehtiyatda olan general-mayoru Kahraman Güneş "Xəzər Xəbər"ə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, Qarabağ sakinləri öz dədə-baba yurdlarına qayıtmalı və bundan sonrakı həyatlarını təhlükəsiz şəkildə orada yaşamalıdırlar. Ancaq Ermənistanın, demək olar ki, hər yerə basdırdığı minalar bu işi çox ləngidir və çətinləşdirir. 

Türkiyəli general-mayor deyir ki, Ermənistan hazırda  təkcə 10 noyabr sazişini yox, həm də BMT-nin minaların qadağan olunması ilə bağlı müqaviləsini pozur.

Kahraman Güneş hesab edir ki, Azərbaycan sözügedən ərazilərin minalardan təmizlənməsi prosesinə bu sahə üzrə daha peşəkar və böyük təcrübəyə malik beynəlxalq şirkətləri cəlb etməlidir.

Kahraman Güneş həmçinin bildirib ki, Ermənistanı təzyiq altında saxlamaq üçün  xarici mediada mütəmadi olaraq müxtəlif verilişlər və sənədli filmlər nümayiş olunmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Oxşar xəbərlər
OTACI