logo
First slide

Ay ətrafında uçmaq üçün həvəskarlar axtarılır

03 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yaponiyanın ZOZOTOWN geyim onlayn satışı servisinin təsisçisi, milyarder Yusaku Maezava onunla bir yerdə Ay ətrafında səyahətə getməyi arzulayanları dəvət edib.

Press.az xarici KİV-ə istinadən xəbər verir ki, dünənki videomüraciətində yaponiyalı iş adamı “Aya ilk mülki missiyası göndərmək” məqsədi daşıyan “dearMoon” layihəsi çərçivəsində “Space X” şirkətinə məxsus “Starship” fəza gəmisində bir həftə ərzində Aya doğru uçaraq ətrafına dolanıb geri qayıtmaq üçün 8 nəfərlik heyət topladığını açıqlayıb.

Ağır rok musiqisi və “Starship”in qalxması görüntülərinin müşayiətilə səsləndirilən videomüraciətində həmçinin “Space X” şirkətinin təsisçisi və rəhbəri İlon Mask da bu missiyaya dəstəyini bildirir: “Məncə, biz həqiqi fərq yaradacağıq”.

“Sizi bu missiyada mənə qoşulmağa dəvət edirəm. Dünyanın hər yerindən səkkiz nəfəri. Missiya iki ildən sonra, 2023-cü ildə həyata keçəcək. Hər cür mənsubiyyətə malik olanların qoşulmasını istərdim”, - deyə Y.Maezava müraciətində qeyd edir.

Missiyada iştirak etməyi arzulayanların 14 mart tarixinədək ilkin qeydiyyatdan keçərək seçimə qəbul ediləcəkləri bildirilir. Martın 21-də aparılacaq ilkin seçimdən və onlayn müsahibədən keçənlər may ayının sonunda yekun müsahibə və tibbi seçimdən də keçməli olacaqlar.

Qeyd edək ki, “dearMoon” layihəsi hələ 2018-ci ildə elan olunaraq Aya uçmaq üçün sənətkarlar dəvət olunmuşdu. Həmçinin cari ilin əvvəlində Y.Maezava “Aya ilk qadın səyahəti” üçün elan etdiyi qız dostlar müsabiqəsi (girlfriend contest) geniş mənfi əks-səda doğurmuşdu.

Oxşar xəbərlər
OTACI
OTACI