Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda mağazadan 10 min manatlıq telefonlar oğurlandı

03 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda mağazada oğurluq olub.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10 000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Yusifov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun paytaxt sakini K.Xasıyevlə birgə Bakı şəhər sakinləri Ü.Kazımlının mopedini, S.Babyevin “Yamaha” və C.Həsənovun “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılıb.

Oxşar xəbərlər
OTACI