Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ" darmadağınlü liderliyə yüksəldi - Yenilənib

02 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.

Press.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

Turun açılış matçında "Keşlə" "Səbail"in qonağı olub. Oyunda 1:1 hesablı bərabərlik qeydə alınıb.

Günün digər matçında son illərin çempionu "Qarabağ" "Qəbələ"ni qəbul edib. Görüş Qurban Qurbanovun komandasının böyükhesablı qələbəsi ilə yekunlaşıb- 3:0. Bu qələbə sayəsində "Qarabağ" ən azı bir günlük liderliyə yüksəlib. Əgər sabah "Neftçi" sabahkı matçda "Sabah"a qalib gəlsə, bu halda Ağdam klubu ilə xal fərqini bərabərləşdirəcək və şəxsi oyunlardakı üstünlüyə görə yenidən birinciliyə qayıdacaq.

2 mart (çərşənbə axşamı)

18:15. “Qarabağ” – “Qəbələ” - 3:0

Qollar: Filip Ozobiç, 22 (1:0), 34. pen (2:0), Mahir Emreli, 38 (3:0)

Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Eyyub İbrahimov, Rövşən Rəcəbov

“Azersun Arena”.

16:00. “Səbail” –“Keşlə” - 1:1

Qollar: Tural Axundov, 53 (0:1), Peyman Keşavarazi, 75 (1:1)

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rəhim Həsənov

“ASCO Arena”

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI