Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

COVID-19 əleyhinə peyvənd olunmayanlar Həcc ziyarəti edə bilməyəcək

02 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müsəlman zəvvarlar bu il Həcc ziyarətində yalnız COVID-19 əleyhinə peyvənd olunduqdan sonra iştirak edə biləcəklər.

Press.az “Kazinform”a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının səhiyyə naziri Tofiq ər-Rəbiyə bildirib.

“Həcc ziyarətinə qatılmaq üçün əsas şərt yeni növ koronavirusa qarşı aşılanmaqdır”, - o deyib.

Qeyd edək ki, bu il Həcc ziyarəti iyul ayının ikinci yarısına təsadüf edəcək.

Xatırladaq ki, keçən il pandemiya səbəbindən Həcc ziyarəti yalnız 10 min nəfərin iştirakı ilə reallaşmışdı. Bunlardan 30 %-i səudiyyəli, 70 %-i isə ölkədə yaşayan xaricilər idi. Xaricdən gələn zəvvarlar Həcc ziyarətinə buraxılmamışdı.

Ötən ilin noyabr ayından etibarən Səudiyyə Ərəbistanı yaşı 50-dən yuxarı olmayan zəvvarları mənfi PZR testi nəticəsi ilə tədricən ümrə ziyarətinə buraxmağa başlayıb.

Oxşar xəbərlər
OTACI