Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sumqayıtın ikigünlük kart sisteminə “göz dəydi” - AÇIQLAMA

02 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sərnişinlər Sumqayıtda bir müddət əvvəl kart sisteminə keçən 9 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobuslardan şikayətçidir.

Bu barədə şəhər sakinləri sosial şəbəkələrdə paylaşım ediblər.

Sakinlər iddia edir ki, 9 nömrəli marşrut cəmi iki gün kartla işləyib:

“Cəmi iki gün Ceyranbatan-Sumqayıt istiqamətində hərəkət edən 9 nömrəli sərnişin avtobusunda ödəniş kartlar vasitəsilə həyata keçirildi. Əvvəlcə hər kəsə kart aldırdılar, indi isə deyirlər ki, sistem işləmir. Bəs kartlar necə olacaq? Camaat rahat gediş-gəliş üçün karta pul köçürüb. İndi o pullar necə olacaq?”

Məsələ ilə bağlı Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinə sorğu ünvanladıq. Oxu.Az-ın sorğusunu cavablandıran idarə rəisi Tofiq Saydumov bildirib ki, Ceyranbatan-Sumqayıt istiqamətində hərəkət edən 9 nömrəli sərnişin avtobusunda yerləşdirilən kartoxuyucularda problem yaranıb:

“Təəssüf ki, 9 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobuslarında yerləşdirilən kartoxuyucularda və xüsusi olaraq Sumqayıtdaxili nəqliyyatda istifadə üçün hazırlanan gediş kartlarında texniki problem yaranıb. Kartı sistemə yaxınlaşdırdıqda oxunma gec olurdu. Bu səbəbdən sərnişinlərin avtobusa minib-düşmələrində çətinlik yaranırdı.

Yaranan problemin araşdırılması və aradan qaldırılması üçün tədbirlər görülür. Bu müddət ərzində avtobuslarda xüsusi lövhələrdə “Sistemin müvəqqəti olaraq işləmədiyi” barədə elanlar vurulub. Maksimum bir ay ərzində problem aradan qaldırılacaq”.

T.Saydumovun sözlərinə görə, kartlara pul köçürən sərnişinlər isə narahat olmaya bilər:

“Həmin kartlar yalnız Sumqayıt daxilində 9 saylı marşrutlarda istifadə üçün yararlıdır. O kartlara köçürülən pullar itməyəcək. Sistemin fəaliyyəti bərpa edilən zaman kartda olan balansdan istifadə ediləcək. O pullar silinməyəcək”.

Oxşar xəbərlər
OTACI