Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda xəstəxanada karantin qaydaları pozuldu? - AÇIQLAMA

02 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən gün sosial şəbəkədə Bakıdakı xəstəxanaların birində karantin qaydalarını alt-üst edən mənzərə ilə bağlı paylaşım edilib.

Söhbət M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının poliklinka şöbəsindən gedir. Sosial şəbəkədə paylaşılan görüntülərdə insanların növbəsiz şəkildə kabinetlərə daxil olduğu və dəhlizlərdə sıxlıq yarandığı müşahidə edilir. 

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab verən Respublika Klinik Xəstəxanasının direktoru Telman İbadov bildirib ki, sosial şəbəkədə yayılan foto kəskin hava şəraiti müşahidə edilən zaman lentə alınıb:

“Xəstəxanada sıxlıq hava şəraiti ilə əlaqədar yaranıb. Bir qədər sonra isə növbəlilik prinsipi tənzimlənib”.

Oxşar xəbərlər
OTACI