Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sulutəpə dairəsində inşa olunan körpüdə son tamamlama işləri gedir

02 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sulutəpə dairəsində tıxac və ləngimələri aradan qaldırmaqla vətəndaşlarımızın rahat hərəkətinin təmin olunması üçün yeni yol qovşağı inşasında son tamamlama işləri aparılır.

Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, qovşaq 2 yol ötürücüsündən ibarətdir:

"Yol ötürücüləri Biləcəri, Binəqədi həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edə avtonəqliyyat vasitələrinin dairədəsıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr aradan qaldırılmış olacaq.

Yol ötürücüləri 3 və 4 aşırımlı olmaqla uzunluqları 69 və 128 metr, eni isə 9 metr təşkil edir. Sözügedən körpülərin dayaqları və aşırım hissəsinin monolit dəmir-betonla inşa edilib, körpülərə yanaşma yolları salınıb".

A.Nəcəfli qeyd edib ki, layihə əsasında piyada səkilərinin yaradılması, 600 metrdən çox istinad divarlarının inşası da nəzərdə tutulurdu ki, bu istiqamətdə də işlər icra olunaraq yekunlaşdırılıb:

"Hazırda layihəyə uyğun Sulutəpə və Xocahəsən dairələri arasında olan hissədə yolların təmiri, həmçinin qovşaq üzərində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması üçün nişanlama və xətləmə işləri aparılır. Bu işlərin də yaxın günlərdə yekunlaşdırılması planlaşdırılır.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır".

Oxşar xəbərlər
OTACI