Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yerevanda müxalifət parlamentin binası qarşısında gecələyəcək

01 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın birləşmiş müxalifətinin "Vətənin qurtuluşu üçün Hərəkat"ının Yerevanın mərkəzində, parlament binası qarşısında keçirilən mitinqi başa çatıb.

Press.az bu barədəTASS-a istinadən xəbər verir.

Məlumata görə, aksiya polislə və baş nazir Nikol Paşinyanın tərəfdarları ilə toqquşmalarsız keçib.

"Biz bu gün mitinqi qurtarırıq. Gecə burada qalacağıq və Ermənistanın azad olunması məhz buradan başlanacaq", - müxalifət hərəkatının liderlərindən biri bildirib. Mitinq demək olar, üç saat davam edib. Aksiyada müxtəlif siyasətçilər - Yuri Xaçaturov, sabiq müdafiə naziri Seyran Ohanyan və Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Artur Vanesyan çıxış edib.

Mitinq iştirakçılarının bir hissəsi gecələmək üçün parlament binası qarşısında qurulan çadırlarda qalıb. Təşkilatçılar bildiriblər ki, növbəti aksiyalar barədə əlavə məlumat verəcəklər

Oxşar xəbərlər
OTACI