Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Meyvəli” bazarında yanğın söndürülüb - YENİLƏNİB

28 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, “Meyvəli” bazar adlanan ticarət mərkəzində yerləşən mağazaların birində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

20:54

Lökbatan qəsəbəsi ərazisindəki "Meyvəli" bazarında yanğın başlayıb.

Yanğın ərzaq mağazalarının birində qeydə alınıb.

Artıq əraziyə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi üçün tədbirlər görülür.

Yanğının miqyası və digər təfərrüatlar barədə məlumat veriləcək.

Report

Oxşar xəbərlər
OTACI