Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Qocalar evi” və sığınacağın sakinləri də vaksinasiya olunur

28 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sosial Xidmətlər Agentliyinin “Qocalar evi” kimi tanınan Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin, habelə həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin sakinlərinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası işləri aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Press.az-a verilən məlumata görə, peyvəndləmə işləri sakinlərin sağlamlıq və fiziki vəziyyətlərindən asılı olaraq iki istiqamətdə aparılır: müəssisəni tərk etmək imkanı olan şəxslər tibb müəssisələrinə aparılaraq peyvənd olunurlar. Digərləri üçün isə tibb işçiləri müəssisəyə dəvət edilir, sakinlərin peyvəndlənməsini yerində həyata keçirirlər.

“Qocalar evi”ndə hazırda 200-ə yaxın, Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 70 şəxs yaşayır. Hər iki müəssisədə sakinlərin rahat yaşayışı və reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunmaları üçün müasir tələblərə uyğun şərait yaradılıb.

Oxşar xəbərlər
OTACI