Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

MMərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu - YENİLƏNİB

28 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, professor Kamran Musayevin qızı Dilay Musayevanın ölüm səbəbi məlum olub.

Bu barədə "Report"a onun yaxınları məlumat verib.

Bildirilib ki, Türkiyədə yaşayan 20 yaşlı D.Musayeva beyin qansızmasından vəfat edib.

Həmçinin qeyd olunub ki, D.Musayevanın cənazəsi Azərbaycana gətirilib və bu gün Bakıda dəfn olunacaq.

09:43

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, professor Kamran Musayevə ağır itki üz verib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, K.Musayevin Türkiyədə ali təhsil alan 20 yaşlı qızı Dilay Musayeva vəfat edib. 

Bildirilir ki, D.Musayeva ürək tutmasından həyatını itirib.

Oxşar xəbərlər
OTACI