logo
First slide

ABŞ konqresmeni Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib

27 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-ın Illinoys ştatının Nümayəndələr Palatasının üzvü, Konqresmen Kam Bukner Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar bəyanat verib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Press.az-a bildirilib ki, bəyanatda deyilir: “26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində faciə baş verib. 366-cı alayın köməyi ilə Ermənistan silahlı qüvbələrinin şəhərə hücumu xaos, şiddət və kütləvi soyqırımı ilə nəticələnib.

29 il sonra Azərbaycan və beynəlxalq ictimaiyyətin tarixindəki o ağrılı gündə qətlə yetirlimiş günahsız mülki şəxslərin itirilmiş həyatlarını və xatirələrini hörmətlə anırıq.
O gün qətlə yetirilmiş 613 nəfərin və yaralanan 1000-dən çox adamın ailə üzvlərinə səbr, ədalət, sülh və beynəlxalq hüququn aliliyi uğrunda davamlı mübarizədə uğur diləyirəm".

Qeyd edək ki, Kam Bukner 26-cı dairədən İllinoys Nümayəndələr Palatasının Demokratlar partiyasından olan üzvüdür.

Bəyanat İllinoysda yaşayan Azərbaycan icmasının üzvü Aygün Rüstəmlinin təşəbbüsü ilə qəbul edilib.

Oxşar xəbərlər
OTACI
OTACI