Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Saatlda karantini pozan kafe aşkarlandı

27 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən fevralın 27-də gecə saatlarında rayonun Məmmədabad kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, fevralın 27-də karantin normalarını pozaraq fəaliyyətini davam etdirən iaşə obyekti müəyyən edilib.

Obyektin icarədarı E.Ağayev və işçisi F.Bayramlı karantin qaydalarını pozduqlarına görə inzibati məsuliyyətə cəlb olunub.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilərək cərimə olunublar.

Oxşar xəbərlər
OTACI