Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tbilisidə Xocalı soyqırımının qurbanları anılıb - VİDEO

27 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tbilisidə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Tədbir çərçivəsində Gürcüstanda yaşayan Xocalı qətliamının şahidləri ilə görüş keçirilib.

Anım mərasimi zamanı Tbilisidəki Azərbaycan Səfirliyinin binası yaxınlığında yerləşdirilən monitorda faciəni əks etdirən foto və video materiallar nümayiş etdirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, Gürcüstanın Azərbaycanlı icmasının üzvləri, iş adamları və ictimaiyyət nümayəndələri Xocalının günahsız qurbanlarının xatirəsini anmaq üçün guşəyə baş çəkiblər.

Eyni zamanda Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinə məxsus üzərində “Xocalıya Ədalət” kampaniyasının loqosu, “Ana Fəryadı” abidəsinin təsviri olan 3 kiçik və 5 iri yük maşını Tbilisinin əsas küçə və prospektlərində hərəkət ediblər.

Bununla yanaşı Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Marneuli merinin müavini, nümayəndə heyətinin iştirakı ilə Marneuli rayonunda yaşayan əslən Xocalıdan olan ailələrlə görüşüb.

Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər
OTACI