Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AAYDA: Zəfər yolu 2 ay ərzində genişləndirildi

27 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qarabağda ilk infrastruktur layihəsi yolların çəkilməsi ilə başlayıb.

Bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Anar Nəcəfli AzTV-nin efirində yayımlanan “Evimizdə” proqramında deyib.

Onun sözlərinə görə, Qarabağa yol çəkilmədən həmin ərazilərdə hər hansı digər layihələri həyata keçirmək mümkün deyil:

“Füzulidən Şuşaya qədər olan yolun çəkilişinə başlanılıb. Qarabağın gələcək inkişaf potensialı nəzərə alınır. İstər turizm, istər sənayə potensialı nəzərə alınaraq, müasir, birinci texniki dərəcəli yol çəkiləcək. Həmin magistral yolun gələn ilin ikinci yarısına təhvil verilməsi planlaşdırılır.

Bundan əlavə Azərbaycan ordusunun Şuşanı azad etmək üçün getdiyi Zəfər yolu 2 ay ərzində genişləndirildi. Hazırda həmin yoldan gediş-gəliş var. Sentyabr ayında artıq o yola tam asfalt örtüyü çəkiləcək və daha rahat gediş-gəliş təmin olunacaq. Həmin yolun Xocavənd, Şuşa ərazisi, eləcə də Topxana meşəsi çətin relyefi olan yerlərdir. O ərazilərdə sıldırım qayalar var ki, ehtiyac yaranarsa bəziləri partladılacaq. Fikirləşirik ki, bir neçə tunel vasitəsilə dağların altından keçidlər olacaq”.

Oxşar xəbərlər
OTACI