Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan güləşçisi qızıl medal görüşünə çıxacaq

27 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə bu gün Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda qızıl medal görüşünə çıxacaq.

Press.az xəbər verir ki, 65 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada qırğızıstanlı Ernazar Axmataliyevlə üz-üzə gələcək.

Eyni çəki dərəcəsində yarışan Turan Bayramov bürünc medal uğrunda, 74 kq-dakı Əşrəf Aşırov isə təsəlliverici görüşdə qüvvəsini sınayacaq. Aşırov əlcəzairli İshak Buxorsun müqavimətini qırmağa çalışacaq.

Qadınlardan isə Türkan Nəsirova (50 kq) və İrina Netreba (68 kq) bürünc medal qazanmaq üçün döşək üzərinə çıxacaq. Netrebanın rəqibi Latviya təmsilçisi Danute Domikaytite olacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI