Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hikmət Hacıyev İlham Əliyevin mətbuat konfransı haqqında danışdı – VİDEO

26 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a mətbuat konfransı haqqında danışıb. 

O bildirib ki, mətbuat konfransında 50-dən artıq müxtəlif media mənsubu iştirak edib.

“Cənab prezident gərgin iş qrafikinə baxmayaraq, bu mətbuat konfransına vaxt ayırdı. Konfransda prezident 35 müxbirin verdiyi 50-yə yaxın suala cavab verdi. Düşünürəm ki, bu qəbildən olan dialoqlar çox vacibdir. İlk növbədə bu, ölkəmizin həqiqətlərinin cənab prezident tərəfindən yeridilən daxili və xarici siyasətin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından çox vacib əhəmiyyət kəsb edir”.

Oxşar xəbərlər
OTACI