logo
First slide

Xocalıda əsir düşən qadın: “Yeddi aylıq hamilə ananı yanımda öldürdülər” - VİDEO

26 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xocalı sakini Dürdanə Ağayeva 7 günlük əsirlik həyatında yaşadığı dəhşətləri ARB TV-yə danışıb:

“Qarabağ müharibəsi 1988-ci ilin fevral ayının 13-dən başladı. Elə 1992-ci ilin fevral ayında da Xocalı faciəsi ilə nəticələndi. Axşam saat 10 radələri idi. Evdə oturmuşduq. Top atdılar, evimizin şüşəbəndi silkələndi. Hamımız zirzəmiyə qaçdıq. Qonşumuz Məhəmməd dayı gəlib dedi ki, burada niyə qalmısız? Hava limanı alınıb. Çıxdıq Qarqar çayı tərəfə getdik. Kətik meşəsinə keçdik. Göydən sanki, qırmızı yağış yağırdı. Hər yerdən atırdılar. Hava işıqlanana qədər Qaraqayanı keçməli idik ki, erməni bizi görməsin. Erməni bilirdi ki, əhalinin bir yolu var. Ona görə də dinc əhalinin qarşısını kəsib heç kimi sağ saxlamırdılar”

Dürdanə Ağayeva bildirilib ki, ermənilər onların meşədə qarşılarını kəsib:

“Atəşə tutdular. Hərəmiz bir tərəfə qaçdıq. Qardaşımla mən əsir düşdük. 2 km yolu avtomatın qundağı ilə vura-vura aparırdılar. Yolda elə təhqirlər edirdilər ki, yanımdakı qardaşımdan utanırdım. Apardıqları yerdə divarlar qan içərisində idi. Orada Məleykə ana vardı. Ayaqqabısının altından palçıq götürüb üzümə sürtdü. Saçımı dağıtdı. Öz şalından bir parça cırıb başıma bağladı. Məni kifirlətmək istədi, yaşlı qadına bənzəyim istədi. Hər dəfə qapı açılanda da başımı yerə basırdı. Heç bir qızın ləkələnməyini istəmirdi”. 

O, əsirlikdə olarkən gördüyü işgəncələrdən danışarkən dəfələrlə huşunu itirdiyini deyib:

“Bir erməni döyüşçüsü gəlib ağzımı zorla açdı. Ayaqqabısını ağzıma salıb dedi ki, torpaq istəyirsiz, al sizə torpaq. Məni evimizin həyətinə aparıb orada da döydülər. Evimiz dağılmışdı. Pilləkənin yarısı qalmışdı. Gözlərimi yumdum o pilləkənlərdən ağ gəlinlikdə düşən bir qız gördüm. Özümü gördüm. Sanki anam məni gəlin köçürür. Karo adlı erməni məni zəncirlə döyürdü. Ağrı hiss etmirdim. O an öz xəyalımı yaşayırdım. Bir gün elə döymüşdülər ki, huşumu itirmişdim. Elə biliblər ölmüşəm. Bayıra atmışdılar. Ayıldım. Gözlərimi açmaq istədim, açılmadı. Kirpiklərim donub bir-birinə yapışmışdı. Sağ əlimi zorla qaldırıb ağzıma saldım. Barmağımla özümü ögüdüb ağız suyumla kipriklərimi islatdım. Gözlərimi açdım. Bütün bədənim donmuşdu. Şüşə və daş parçaları bütün bədənimə yapışmışdı. Özüm öz halıma ağladım. Orada qardaşımı gördüm. Onu görəndə ayaqlarına sarıldım. Ayaqqabılarını yaladım. Gəcliyim, cavanlığm orada getdi. Erməni mənim keçmişimi də, gələcəyimi də paramparça etdi”, - deyə o bildirilib. 

Oxşar xəbərlər
OTACI
OTACI